YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ vetaranları Azərbaycanı uğurlu gələcəyə aparan İlham Əliyevi yekdilliklə dəstəkləyirlər

11 aprel Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin qərargahında Səbail rayonu ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, onların ailə üzvləri, müharibə əlilləri və şəhid ailələri ilə görüş keçirildi.

Bayram əhval-ruhiyyəsi, böyük ruh yüksəkliyi ilə keçən və Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyevin şərəfinə gözəl şüarların səsləndirildiyi görüşdə YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrini təmsil edən QHT-lərin və ictimai birliklərin sədrləri, Səbail rayon Qarabağ müharibəsi veteranları, şəhid ailələri üzvləri, çoxsaylı qonaqlar və gənclər iştirak etdilər.