YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevlə daha aydın sabahlara doğru

YAP Mərkəzi Seçki Qərargahı Beyləqan rayon  şöbəsinin üzvləri martın 24-də rayonun Mil, Milabad və Yeni Mil  kəndlərində seçicilərlə növbəti görüşlərini keçiriblər.  

YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev tədbirlərdə çıxış edərək YAP-ın namizədi, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda, istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb.

Seçicilərlə görüşdə Milli Məclisin deputatı Şahin İsmayılov, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək bildiriblər ki, cənab  İlham Əliyevin yenidən Prezidentliyə namizədliyinin irəli sürülməsi sosial sifarişdir. Xalq istəyir ki, ölkəsindəki mövcud əmin-amanlıq, iqtisadi və sosial inkişaf davamlı və əbədi olsun. Bunları isə Prezident İlham Əliyev Azərbaycan dövləti və xalqı  üçün son 15 ildə  yüksək səviyyədə yaradıb. Bu gün  xalqımız yaxşı anlayır ki, hakimiyyətin səriştəsiz və bacarıqsızların əlinə keçməsi ölkəmiz üçün çox ciddi təhlükələr yarada bilər. Ona görə də xalqın alternafsiz lideri məhz cənab İlham Əliyevdir.

Tədbirdə çıxış edən beyləqanlılar vurğulayıblar ki, onların etimad göstərəcəyi real namizəd məhz cənab İlham Əliyevdir. Ona görə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qüdrətlənir, xalqımız əmin-amanlıq içərisində yaşayır. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə yekdilliklə səs verəcəyinə geniş təminat verir.