YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıların seçimi cənab İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Bəylər, Əlisoltanlı, Potubəyli  kəndlərində seçicilərlə görüşlər keçirib.

 YAP Saatlı rayon təşkilatının sədr  müavini Mirkamal Qiyasov  görüşlərdə çıxış edərək bildirib ki, Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda son 15 ildə respublika üzrə təxminən 1,9 milyondan artıq yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə  ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında «yüksək insan inkişafı» ölkələri qrupunda yer alıb. Son 15 ildə ÜDM 3,2 dəfə artıb. ÜDM-in adambaşına düşən həcmi isə 7205 manat təşkil edir. Bu, olduqca yüksək göstəricidir və buna məhz Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində nail olunub.

YAP Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri  Oqtay Məmədov, Fikrət Əhmədov görüşlərdə çıxış edərək  bildiriblər ki,  biz saatlılar həmişə olduğu kimi, 11 aprel prezident seçkilərində də fəallıq göstərməklə xalqın ləyaqətli oğlu cənab İlham Əliyevə səs verəcəyik.