YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakının Xəzər rayonun Türkan qəsəbəsində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Türkan qəsəbəsində baş tutan növbəti tədbirdə qəsəbə sakinləri, ziyalılar iştirak edirdi.

Tədbiri giriş sözü ilə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirdi ki, Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.  Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu. Hörmətli Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Yəni, ölkə Prezidenti, partiyamızın Sədri  İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır.

Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək  bildirdi ki, ötən illər 26 il  ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. YAP-ın 26 illik fəaliyyətinə nəzər saldıqda, bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar.

R.Əliyev qeyd etdi ki, seçicilərlə görüşlərdə aydın olur ki, hər bir seçici partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı ən azı Onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir. Son 15 il ərzində cənab Prezidentin fəaliyyəti Azərbaycan xalqının gözləri önündədir. Ölkə rəhbərinin fəaliyyətinin şəffaf olması, Onun gördüyü işlərin böyüklüyü, xalqın isə bu barədə yetərincə məlumatlı olması cənab Prezidentin xüsusi təbliğata ehtiyacının olmadığını göstərir. Dövlət başçısı Öz təbliğatını əməlləri ilə yüksək səviyyədə təşkil edib. Bütün bunların nəticəsi kimi, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur. Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyən R. Əliyev əlavə edib ki, şübhəsiz, vətəndaşlar bu inkişafın, sabitliyin davam etməsi üçün yenə də cənab İlham Əliyevə səs verəcəklər. Çünki ölkəmizi parlaq gələcəyə apara biləcək lider məhz cənab İlham Əliyevdir.

Daha sonra çıxış edən qəsəbə sakinləri bildirdilər ki, möhtərəm Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Bütövlükdə ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ildən-ilə daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Qəsəbə sakinləri 11 Aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəal iştirak edəcəklərini YAP-ın vahid namizədi Cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildirdilər.

Tədbir seçicilərin alqış sədaları altında sona çatdı.