YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MSK-da 383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib

İndiyədək Mərkəzi Seçki Komissiyasında (MSK) 383 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 37 beynəlxalq təşkilatı təmsil etməklə 49 ölkənin vətəndaşlarıdır.

Bu barədə sechki-2018.az saytına MSK-nın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

O qeyd edib ki, indiyədək 53 min 366 yerli müşahidəçi də akkreditasiyadan keçib. Onlardan 1139-u MSK-da, 52 min 227-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Şahin Əsədli əlavə edib ki, bütün bunlarla yanaşı, siyasi partiyalar tərəfindən aşağı seçki komissiyalarına 4909 məşvərətçi səs hüquqlu üzv təyin olunub.

DİGƏR Xəbərlər Arxiv