YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərtuğrul Soysal: Azərbaycan xalqı azad şəkildə öz seçimini edəcək

Aprelin 11-də Azərbaycan xalqı azad şəkildə öz seçimini edəcək.

Bu fikri Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Ərtuğrul Soysal deyib.

Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduğunu xatırladan deputat deyib: “Azərbaycanda insanların rifah halının yüksəldiyini müşahidə edirik. Bu, qardaş Türkiyəni çox sevindirir”.

Azərbaycandakı ictimai-siyasi hadisələrlə maraqlandıqlarını vurğulayan deputat qeyd edib ki, Türkiyə ictimaiyyəti Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı prosesləri yaxından izləyir.

“Biz Azərbaycan xalqının azad şəkildə öz seçimini edəcəyinə, layiqli namizədə səs verəcəyinə əminik. Türkiyə hər zaman çətin anlarında Azərbaycanı yanında görür”, - deyə Ərtuğrul Soysal vurğulayıb.