YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdamlılar aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklər

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası bütün ölkə boyu uğurla davam edir. Dünən qarşıdan gələn seçkilərlə bağlı Ağdam rayonunun Quzanlı qəsəbə Mədəniyyət evində mədəniyyət işçiləri ilə görüş keçirilib.

Tədbirdə  çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev  cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbayjan dövlətçiliyinin möhkəmlənməsi naminə  misilsiz xidmətlərindən danışıb. "Partiyamızın namizədi, Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin möhkəm əsaslarını yardan Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirərək və daha da zənginləşdirərək son 15 ildə respublikamızın adına saysız-hesabsız uğurlar yazdırıb. Ölkəmiz iqtisadiyyatını genişləndirməyə, beynəlxalq nüfuzunu artırmağa nail olub. Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Bu siyasətdən cəmiyyətin bütün təbəqələrinin nümayəndələri, o cümlədən də mədəniyyət işçiləri də bəhrələnirlər. Dövlət başçısının qayğısı sayəsində ölkəmizdə tarixin sınağından çıxan adət-ənənələrimiz qorunur, milli mədəniyyət nümunələrimiz ölkə daxilində və xaricdə geniş təbliğ olunur. Son illərdə bölgələrdə yaradılan mədəniyyət mərkəzləri dövlətin milli mədəniyyətimizə qayğısının bariz ifadəsidir", - deyə YAP rayon təşkilatının rəsmisi vurğulayıb. 

 İştirakçıların fəallığı şəraitində keçən görüşdə həmçinin YAP rayon təşkilatı təbliğat qrupunun üzvüləri Hüseyn Bayramov, Şahin Qasımov,  Milli Məclisin deputatları   Bəxtiyar Sadıqov və Bəxtiyar Əliyev söz alıblar. Çıxış edənlər cəmiyyətin bütün sosial təbəqələrinin, o cümlədən də qaçqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən məmnun qaldıqlarını diqqətə çatdırıblar. Belə bir inam ifadə olunub ki, Azərbaycan xalqının böyük əksəriyyəti kimi, ağdamlı seçicilər, o cümlədən mədəniyyət işçiləri, qaçqın və məcburi köçkün soydaşlarımız da aprelin 11-də öz seçimlərini İlham Əliyevlə bağlayacaqlar.

Ağdam rayonunda seçicilərlə daha bir görüş isə Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsindəki Mədəniyyət evində keçirilib.

DİGƏR Xəbərlər Arxiv