YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü rayonun Aşağı Göycəli və Qırılı kəndlərində keçirdi

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təbliğat-təşviqat qrupu seçki kampaniyası çərçivəsində növbəti görüşü rayonun Aşağı Göycəli və Qırılı kəndlərində keçirdi.

 Görüşü YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov giriş sözü ilə açaraq bu kəndlərin seçicilərinin 11 apreldə birlik və həmrəylik şəraitində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərinə ümidvar olduğunu bildirdi.

Sonra qərargahın digər üzvləri Saqif Ələkbərov və  Gülgün Kərimov çıxış edərək vurğuladılar ki, şəhər və kəndlərimizdə keçirilən görüşlərdə seçicilərin cənab İlham Əliyev haqqında səsləndirdikləri səmimi sözlər onun ən inanılmış, etibarlı təbliğatıdır.

Ağsaqqal seçicilərdən İbad Allahverdiyev, Mirəhməd Mahmudov , Məhəmməd Əsədov, Murad Sadıqov, Tahir Tanrıquliyev və başqaları çıxış edərək 11 aprel 2018-ci ildə seçiciləri seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə çağırdılar.   

DİGƏR Xəbərlər Arxiv