Xəbərlər
YAP Cəlilabad rayon təşkilatı prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş rayonun Sərhədabad və Kürdlər kəndlərində keçirilib.
Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının şura üzvü Lətif Ağayev, partiya fəalı Fəxrəddin Abbasov və basqaları çıxış edərək son 15 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından danışaraq bu uğurların davamlı olması üçün seçiciləri 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar.