YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib

Martın 31-də Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda baş verən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətləri xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.

General-polkovnik Zakir Həsənov çıxışında ölkəmizdə 31 mart - azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edildiyini həmkarlarının diqqətinə çatdırıb. Müdafiə naziri bildirib ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakıda və digər ətraf rayonlarda erməni silahlı dəstələri tərəfindən on mindən çox azərbaycanlı qətlə yetirilib və itkin düşüb.

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli soyqırımı ilə əlaqədar xalqımıza başsağlığı verib.

 

DİGƏR Xəbərlər Arxiv