YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Göyçay rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti Göyçay şəhərində görüş keçirilmişdir

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin sədri Sahib Şükürov dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. 

 

Görüşdə cıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini söyləyib. E.Nəsirov Azərbaycan əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu daxili və xarici siyasət sahəsində cənab İlham Əliyevin rəhbərliyi altında böyük inkişaf, tərəqqi əldə etdiyini vurgulayib.Natiq seçiciləri 11 aprel 2018-ci il tarixində xalqın alternativsiz namizədi cənab İlham Əliyevə səs verməyə səsləyib.

Daha sonra çixış edənlərdən Milli Məclisin deputatı Sabir Hacıyev , Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin üzvü Elnur İsmayılov,  seçicilər  Samirə Bəşirova, Firəngiz Məmmədova, Aynur Mahmudova, Aqil Məmmədov və başqalari Azərbaycanı işıqlı gələcəyə doğru aparan cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu inkişaf proqramının danılmaz oldugunu vurguladılar. Natiqlər qeyd ediblər ki, növbəti 7 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrini davam etdirəcək, qüdrətli dövlət olaraq yeni nailiyyətlərə imza atacaq.