YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın seçki kampaniyası Qazax rayonunda uğurla davam edir

2018-ci il aprelin ayının 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkiləri ilə əlaqədar Qazax rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Aprel ayının 1-də YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov,  YAP Mərkəzi Seçki Qərərgahı təbliğat-təşviqat qrupunun üzvləridən Milli Məclisin deputatı Kamran Nəbizadə, Azərbaycan Milli Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov, YAP Mərkəzi Seçki Qərərgahı Qazax rayon şöbəsinin təbliğat qrupunun üzvü şair Barat Əliyev rayonun Xanlıqlar, Yuxarı Salahlı, Kosalar, Çaylı, Aslanbəyli, Qaymaqlı, Kəmərli kəndlərində  seçicilərlə görüşlər keçirmişlər.

Görüşlərdə hər  kənddə  350-450 nəfər seçici iştirak etmişdir.  Təbliğat-təşviqat qrupunun üzvləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 15 il ərzində ölkəmizin inkişafı üçün gördüyü işlərdən, ölkəmizin qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən ətraflı danışmışlar. Cənab İlham Əliyevin seçki proqramı barədə geniş məlumat vermişlər. Bütün seçiciləri 11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə dəvət etmiş və xoşbəxt gələcəyimiz naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev cənablarına səs verməyə çağırmışlar.

Görüşlərdə çıxış edən seçicilər  11 apreldə seçki məntəqələrinə gələcəklərini və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirmişlər.