YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmir rayonunda təbliğat – təşviqat kampaniyası uğurla davam edir

Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat – təşviqat kampaniyası uğurla davam edir.

YAP Kürdəmir rayon təşkilatı növbəti görüşləri rayonun Şıxımlı, Şahbəyli, Qarasaqqal kəndlərində keçirib. Görüşlərdə YAP Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri iştirak ediblər.

Görüşlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı quruculuq işləri, infrasturuktur layihələri reallaşdırılır. Onun sözlərinə görə, Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir: «Xalqımız mövcud inikişafın davamlı olmasını istəyərək 11 aprel tarixində cənab İlham Əliyevə yenidən etimad göstərəcək. Ona görə ki, xalqımızın fəxri, böyük və qətiyyətli dövlət başçısı cənab İlham Əliyev ölkə vətəndaşlarının ümid və qürür mənbəyidir. Bütün bunlara rəğmən demək olar ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev kürdəmirlilər üçün alternativsiz namizəddir».

Tədbirlərdə çıxış edən seçicilər də 11 apreldə Azərbaycanın firəvan gələcyi naminə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.