YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astara rayonunun Təngərüd kəndində seçicilərlə görüş keçirilib

YAP Astara rayon təşkilatı prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Təngərüd kəndində seçicilərlə görüş keçirib.

YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov görüşdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən bu günə qədər keçən müddət ərzində Azərbaycanın siması tamamilə kökündən dəyişib, iqtisadiyyatımız böyük inkişaf mərhələsi keçib. Neçə ildir ki, ölkəmiz dünyada yüksək inkişaf dinamikası nümayiş etdirir. Son illərdə insanların yaşayış səviyyəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi, Azərbaycanın sosial simasının dəyişməsi, regionların inkişaf etdirilməsi YAP-ın həm də ictimai nüfuzunu müəyyənləşdirən amillərdir. Hər bir Azərbaycan vətəndaşı YAP-ın timsalında ölkənin bugünkü inkişafını təmin edən və gələcək tərəqqisinin əsasında dayanan ictimai gücü görür.

Daha sonra seçicilər çıxış ediblər. Prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu deyən natiqlər 11 aprel 2018-ci il tarixdə YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.