YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Abdullayeva: Azərbaycanın gələcək inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır

“Azərbaycanın gələcək inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Çünki cənab İlham Əliyev ölkəmizdə uğurlu inkişaf strategiyasının müəllifidir, Onun rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı inamla inkişaf edən, qüdrətli və müasir dövlətə çevirib”. Bu sözləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf siyasəti Onun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirilir: “Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq müstəvidə yüksək nüfuz və mövqe qazanıb. Bu gün Azərbaycan beynəlxalq miqyasda, güclü, qüdrətli dövlət və sabitlik adası kimi tanınır, ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilib. Azərbaycan öz iqtisadi və siyasi qüdrətini artırdıqca ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir”.

S.Abdullayeva vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin mühüm istiqamətlərindən birini təhsil sahəsində məqsədyönlü islahatların həyata keçirilməsi təşkil edib: “Təhsilin inkişafına yüksək diqqət və qayğının göstərilməsi cəmiyyətin və dövlətin inkişafını təmin edən mühüm amillərdən biri olub. Son 15 ildə respublika boyu  3 mindən çox məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu, dövlət başçısının şəxsən təhsilin inkişafına, intellektual potensialın artırılmasına xüsusi diqqətinin nümunəsidir. Ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır. Azərbaycanın dinamik inkişafının əsasında duran mühüm amillərdən biri intellektual resursların səfərbər olunması, elm və təhsilin tərəqqisinin təmin olunmasıdır”.

“Azərbaycan xalqı dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşılayır. Əldə edilmiş yüksək inkişaf göstəricilərinin və möhtəşəm nailiyyətlərin fonunda mminliklə qeyd edə bilərik ki, seçicilər növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər. Bununla onlar inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar”,-deyə YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva vurğulayıb.