YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirlilərin seçimi Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun rayonun Düyərli, Zəyəm-Cırdaxan, Dəllər-Cırdaxan, Hacallar və Yeniabad kəndlərində seçicilərlə görüş keçirib.

Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, bu gün respublikamızda Prezidenti İlham Əliyev tərəfindən uğurlu daxili və xarici siyasət həyata keçirilir. Bu siyasətin davamlı olması üçün qarşıdan gələn seçkilərdə vətəndaşlar cənab İlham Əliyevə səs verməlidirlər.

Çıxış edən Milli Məclisin deputatı Sona Əliyev, YAP Seçki Qərərgahı Şəmkir rayon şöbəsinin üzvləri Famil Həmidov, Südabə Vəliyeva, Ceyhun Məmmədov, Məmməd Qasımov bildirdilər ki, Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.

Tədbirdə çıxış edən seçicilər qeyd etdilər ki, bu seçkilərdə də Prezident İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağı heç kimdə şübhə doğurmur.Şəmkir rayon sakinləri də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyir və alternativsiz liderinə sevgisini, inamını seçki günü bir daha isbatlayacaq.