YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Gəncə şəhərində ruh yüksəkliyi ilə davam edir

Ölkədə böyük mütəşəkkilliklə davam edən aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsi tərəfindən ruh yüksəkliyi ilə həyata keçirilir.

Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən növbəti görüşdə YAP Gəncə şəhər təşkilatı İdarə Heyətinin üzvləri, ziyalılar, partiya fəalları və mədəniyyət işçiləri iştirak ediblər.

YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, daxili və xarici siyasət nəticəsində ölkəmizdə son illərdə mədəniyyət sahəsində qazanılan uğurlardan bəhs edib. Məhz müasir dövlətimizin bu siyasət nəticəsində inkişaf etdiyini diqqətə çatdıran millət vəkili seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Xalq artistləri Məmmədəli Balayev, Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçiləri Əli Qasımov, Elmira Əliyeva, Xəzəngül Hüseynova, Bəxtiyar Muradov, fortopiano müəllimi Gülər İsmayılova çıxış edərək, uzaqgörən, müdrik və qədirbilən ölkə vətəndaşları bu seçkilərdə də mühüm, qəti seçimlərini edəcəklərini, yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Prezident cənab İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi deyən Gəncə şəhər seçiciləri ölkənin firavan gələcəyi naminə ən layiqli namizədin - cənab İlham Əliyev olduğunu bildiriblər.

Sonda YAP Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin və partiyanın şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçicilərin mütləq əksəriyyətinin səsini qazanacağı heç kimdə şübhə doğurmadığını bildirib, hər kəsi yekdilliklə cənab İlham Əliyevə səs verməyə səsləyib.