YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lerik rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Livədirqə kəndində seçicilər ilə görüşüb

11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP Seçki Qərargahının Lerik rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərinin Livədirqə kənd inzibati ərazi dairəsinin seçiciləri ilə görüşü oldu.

Görüşdə YAP Lerik rayon təşkilatının təbliğat qrupunun üzvləri Cəlil Baxşıyev, E.Qənbərov, A.Zaidov  və  E.Rəcəbov iştirak edirdilər.

Görüşdə çıxış edənlər 11 aprel tarixində seçki məntəqələrinə gələrək yekdilliklə YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.