YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Hacıqabul rayon təşkilatının təbliğat-təşviqat qrupu rayonun Şorbaçı və İkinci Udulu kəndlərində seçicilərlə görüş keçirib

YAP Mərkəzi Seçki Qərargahı Hacıqabul rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri aprelin 2-də  seçicilərlə növbəti görüşlərini rayonun Şorbaçı və İkinci Udulu kəndlərində keçiriblər.

Tədbirlərdə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov  bildirib ki, Azərbaycan dövləti aprelin 11-də prezident seçkilərinin beynəlxalq standartlara uyğun, demokratik keçirilməsi üçün bütün lazımi şəraiti yaradıb.

 O bildirib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və partiyamızın bu günə kimi keçirdiyi bütün görüşlərə seçicilər böyük maraqla qatılırlar. Bütün bunlar onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

Görüşlərdə çıxış edən Milli Məclisin deputatı  Rəfael Hüseynov bildirib ki, Prezident seçkilərində cənab İlham Əliyevin namizdəliyinin irəli sürülməsi xalqımızın istək və arzularından irəli gəlib.

Görüşlərdə çıxış edən Şorbaçı kənd sakini Fərdəxan Təhməzov vurğulayıb ki, cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir.