YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abel Məhərrəmov: Ölkə vətəndaşları qarşıdakı illərdə də Azərbaycanın taleyini cənab İlham Əliyevə etibar edirlər

«Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan böyük uğurlar insanlarda gələcək barədə nikbin təəssürat və daxili əminlik yaratmışdır». Bu fikri yap.org.az saytına YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki, ölkə başçısı ötən 15 ildə respublikanın inanılmaz uğurlarının müəllifi olaraq YAP-ın ümümxalq partiyası imicini daha da möhkəmləndirmişdir. Onun son qurultayında partiyanın alternativsiz lideri - dövlət başçısı cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təkcə üzvlərinin sayı 700 minə çatan hakim partiyanın deyil, ümumən Azərbaycan cəmiyyətinin istəyini nümayiş etdirmişdir.

«BDU-nun çoxsaylı professor-müllim heyəti əmindir ki, 2018-cü il aprelin 11-nə təyin olunmuş növbəti prezident seçkiləri ölkəmizin sosial-iqtisadi, mədəni inkişaf, demokratikləşmə prosesində qazanılan uğurların davamlılığının təmin edilməsi baxımından taleyüklü hadisədir. Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdiyi kimi, qarşıdakı illərdə Azərbaycanın taleyini də Ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar edirlər. Ölkənin elm və təhsil ictimaiyyəti ürəkdən inanır ki, xalqın böyük etimadını qazanaraq növbəti dəfə Azərbaycan Prezidenti seçiləcək cənab İlham Əliyev respublikamızı davamlı iqtisadi inkişaf və yüksəlişə aparan strateji siyasi kursu inamla davam etdirəcəkdir»-deyə, akademik vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv