YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Kolxəlfəli, Pirili və Xılxına kəndlərində keçirilib

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Kolxəlfəli, Pirili və  Xılxına kəndlərində keçirildi.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin sədri  Ramiz Tatarov giriş sözü ilə açaraq bu kəndlərin seçicilərinin 11 apreldə birlik və həmrəylik şəraitində hamılıqla cənab İlham Əliyevə səs verəcəklərinə ümidvar olduğunu bildirdi.

Sonra qərargahın digər üzvləri Elmar  Kərimov və  Gülgün Kərimov çıxış edərək vurğuladılar ki, şəhər və kəndlərimizdə keçirilən görüşlərdə seçicilərin cənab İlham Əliyev haqqında səsləndirdikləri səmimi sözlər onun ən inanılmış, etibarlı təbliğatıdır.

Sakinlərdən Lətif Orucov, Rayət Şabanov, Eldar Həsənov, Mədəd Əliyev, Azər Məmmədov, Nürəddin İsmayılov, Elçin Əmrahov və başqaları çıxış edərək 11 aprel 2018-ci ildə seçiciləri seçki məntəqələrinə  gələrək cənab İlham Əliyevə səs verməyə çağırdılar.   

DİGƏR Xəbərlər Arxiv