YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvar rayonunun Yuxarı Ağalı və Bağbanlar kəndlərində seçicilərə görüş keçirildi

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində  növbəti görüş Biləsuvar rayonu Yuxarı Ağalı və Bağbanlar kəndlərinin  seçiciləri  ilə  keçirildi.

Görüşdə çıxış edənlərdən Yeni Azərbaycan Partiyası seçki qərargahının  Biləsuvar rayon şöbəsinin təbliğat-təşviqar qrupunun üzvlərindən Əjdər Niftiyev və Akif Kazımov qarşıdan gələn Prezident seçkiləri ilə bağlı  məlumat verdilər. Qeyd olundu ki, 2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi  gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Əminliklə bildirildi ki, Biləsuvar rayonunun çoxsaylı Yuxarı Ağalı və Bağbanlar kəndlərinin  seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə iştirak edən seçicilərdən Xanağa Nəcəfov, Ağacan Sadıqov,Adilə Vəliyeva çıxış edərək bildirdilər ki, 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərdə ölkə Prezidenti Cənab İlham Əliyevə səs verəcəklər.

 

 

 

 

DİGƏR Xəbərlər Arxiv