YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“İlhamla irəli” seçki kampaniyası Yevlaxda uğurla davam edir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupunun üzvləri  rayonun Kövər və Malbinəsi kəndlərində seçicilərlə görüş keçirdi.

Tədbiri giriş sözü ilə  Milli Məclisin Deputatı YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov açdı. O, qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğuladı. Məqsədyönlü sosial siyasətinin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı qayğı ilə əhatə olunmasına imkan yaratmış, sosial müdafiyə daha çox ehtiyacı olan insanlara diqqət gücləndirlimişdir. Paytaxtda və regionlarda iqtisadi ehtiyatların səfərbər edilməsi yeni müəssisələrin və iş yerlərinin yaradılmasın, işsizliyin səviyyəsinin minimuma endirilməsinə, insanların layiqli yaşayışının təmin edilməsinə səbəb olmuşdur.

Sonra Milli Məclisin deputatı, Respublika Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyev çıxışında bildirib ki, İctimai –siyasi sabitliyin qorunması və daha da gücləndirilməsi 2003-2018-ci illərdə  Prezident İlham Əliyevin xarici siyasətin əsas  prioritetlərindən biri olub. Həmin dövr Azərbaycanın ən yeni tarixə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, Azərbaycan bütün dünyada sabitlik adası kimi tanınıb. Mən  inanıram ki, hər bir Yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.

YAP Yevlax rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova  vurğuladı ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıbdır. Hər bir Azərbaycanlı kimi  Yevlaxlıların da   sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə Xalq Onu  özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz Cənab İlham Əliyevə səs verəcəkdir. Biz Azərbaycanlı olaraq fəxr edirik ki, hər bir Azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.

Sonra çıxış edənlər kənd sakini Prezident təqaüdçüsü Şamama Əliyeva və  başqaları bildirdilər ki, Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, əgər Azərbaycan xalqı ona etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri iləməşğul olacaq. Bu məqsədlə artıq 3 proqram icra olunub. Hər bir azərbaycanlının  prezidenti cənab  İlham  Əliyevin  daim xalqın içərisində olub, xalqına göstərdiyi  yüksək  qayğı və diqqətdən genişliyi ilə bəhs etmişdir. O, çıxışında cənab  prezidentin ölkə gəncliyinə göstərdiyi  qayğıdan  da ürəkdolusu söz açmışdır. Bu gün Azərbaycanın hər bir rayonu hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 Apreldə seçkilərə gələrək hər birinizi Cənab İlham Əliyevə səs verəcəyik.  Gəlin birlikdə İlhamlı gələcəyə inamla addımlayaq.

DİGƏR Xəbərlər Arxiv