YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakının Nizami rayonunda “İlhamla irəli” kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri ilə keçirilib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək qeyd etmişdir ki, Prezident İlham Əliyevin cəsarətli və müdrik siyasəti sayəsində bügünkü qüdrətli Azərbaycan mövcuddur. İndi Azərbaycanın iştirakı və  razılığı olmadan regionda heç bir layihə icra oluna bilməz. Çox müsbət haldır ki, bütün bu proseslərdə dövlət kimi Azərbaycanın iştirakı və cənab İlham Əliyevin siyasəti ilk növbədə Azərbaycan xalqının mənafeyinə xidmət edir: “Biz insanların əhval-ruhiyyəsini bilirik və buna istinad edərək xalqın cənab İlham Əliyevə səs verəcəyinə əminik. Çünki cənab İlham Əliyevə səs vermək Azərbaycanın inkişafının davamlı olmasına səs verməkdir. Sizləri Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə və 11 aprel tarixində seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməyə səsləyirəm”.

Çıxış edən “Şah Abbas” məscidinin axundu hacı Sirac Səfərov, qəsəbə sakini Nicat Əkbərov, İsa Musayev və başqaları çıxış edərək cənab İlham Əliyevi növbəti prezidentlik müddətinə ən layiqli namizəd hesab etdiklərini  bildiriblər.

Qeyd ediblər ki, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

Natiqlər keşlə qəsəbəsinin sakinlərini 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv