YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti: 11 aprel seçkilərindən sonra Azərbaycanın müasir tarixində inkişafın yeni mərhələsi başlanacaq

“Əminəm ki, aprelin 11-də prezident seçkiləri sağlam rəqabət mühitində keçəcək. Azərbaycan xalqı hər zaman olduğu kimi budəfəki seçkilərdə də öz iradəsini ifadə edəcək.” Bu fikirləri Avropa Azərbaycanlıları Konqresinin (AAK)  fəxri prezidenti Samira Patzer-İsmailova deyib.

Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsi üçün müvafiq qurumlar tərəfindən lazımi addımların atıldığını deyən AAK-ın fəxri prezidenti qeyd edib ki, 11 aprel seçkilərindən sonra Azərbaycanın müasir tarixində inkişafın yeni mərhələsi başlanacaq. “Son illərdə Azərbaycanda sosial, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən uğurlu islahatlar seçkilərdən sonra davam edəcək, ölkə vətəndaşlarının rifahı daha da yaxşılaşacaq. Azərbaycan özünəməxsus multikultiral ənənələrə sahib olan dünyəvi ölkədir. İnanıram ki, seçkilərdən sonra Azərbaycan öz ərazi bütövlüyünü də bərpa edəcək”, - deyə Samira Patzer-İsmailova vurğulayıb.