YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azeri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri: Prezident seçkiləri Azərbaycanda inkişafın yeni mərhələsinin başlanğıcı olacaq

Demokratik  seçkilər, cəmiyyətin inkişaf ənənələrinin varisliliyini təmin edən vasitədir. Azərbaycan hazırda ən yeni tarixinin mühüm inkişaf mərhələsini yaşayır. Aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün təkmilləşdirilmiş qanunvericilik bazası mövcuddur. 

Bunu “Azeri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev bildirib.  O qeyd edib ki, Azərbaycan vətəndaşları seçkinin mahiyyətini, fəlsəfəsini dərindən anlayır və öz hüquqlarını dərk edirlər: “Aprelin 11-də prezident seçkilərinin yüksək səviyyədə keçəcəyini əminəm. Azərbaycan demokratiya xətti tutmuş dövlətdir və qanunların icrasında qüsurlara yol verilməməsi üçün əlindən gələni edir. Seçki üzrə ixtisaslaşmış qurumlar da qanunvericilikdə nəzərdə tutulmuş qaydada fəaliyyət göstərirlər”. 

Assosiasiya sədri bildirib ki, Azərbaycan bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olmaqla yanaşı, beynəlxalq münasibətlər sisteminin də nüfuzlu aktorlarından biridir. Mais Nuriyev deyib: “Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu ölkələrdən biri olmaqla yanaşı, öz regionunun güclü dövlətidir. Bu mənada əlbəttə ki, Azərbaycanda keçiriləcək seçkilərə beynəlxalq maraq da böyükdür. Hər bir ölkənin əsas meyarı sabit iqtisadi inkişafdır. Azərbaycanın təşəbbüsü ilə regionda qlobal iqtisadi layihələr həyata keçirilir. Azərbaycan bu strateji layihələrin mərkəzindədir və onların reallaşması üçün boyük işlər görür. Məhz buna görə də Azərbaycanda prezident seçkilərinin keçirilməsi region üçün də mühüm əhəmiyyət kəsb edir”.

 M.Nuriyev söyləyib ki, Azərbaycan müasir eyni zamanda da mürəkkəb beynəlxalq münasibətlər və geostrateji şərtlərin hökm sürdüyü dünyada  öz inkişafını davam etdirməyə nail olur: “Bununla yanaşı, öz təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü bərpa etmək üçün hərbi qüdrətini artırır, güclü ordu yaradır. İşsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində çox mühüm addımlar atılır. Qeyri-neft sektorunun inkişafı yeni iqtisadi mərhələnin prioriteti kimi müəyyənləşdirilib. Müasir sənaye mərkəzləri və infrastruktur yaradılır. Təhsil, səhiyyə və digər bu kimi mühüm strateji sahələrdə ciddi islahatlar aparılır. 11 aprel tarixində keçiriləcək prezident seçkiləri Azərbaycanda bütün istiqamətlər üzrə inkişafın yeni mərhələsinin başlanğıcı olacaq”.