YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkə Prezidenti, xalqımızın ən etibarlı və alternativsiz  lideri cənab İlham Əliyevin uğurlu siyasətinin növbəti 7 ildə də davam etdirilməsi ilə ölkəmizin qüdrətinin bundan sonra da artacağına əminliyini ifadə etdi və bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən YAP İdarər Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov və Milli Məclisin deputatı Kamələddin Qafarov bütün seçiciləri qarşıdan gələn Prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləməyə və səs verməyə dəvət etdilər.

Görüşdə bir qrup seçici – Məlahət İbrahimova, Rəşad Zeynalov, Aysel Əkbərova, Loğman Əliyev çıxış edərək 11 aprel Prezident seçkilərində cənab İlham Əliyevə dəstək olacaqlarını və səs verəcəklərini söylədilər.

DİGƏR Xəbərlər Arxiv