YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam rayonunun Qasımbəyli və Ayaqqərvənd qəsəbələrində seçicilərlə görüş keçirilib

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdam rayonunun Qasımbəyli və Ayaqqərvənd qəsəbələrində seçicilərlə görüş keçirilib.

Görüşlərdə çıxış edən YAP Ağdam rayon təşkilatının təbliğat qrupunun rəhbəri Hüseyn Bayramov və qrupun üzvü Natiq Cavadov Prezident  İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət xəttindən və Azərbaycanın əldə etdiyi uğurlar barədə seçicilərə ətraflı məlumat veriblər.

Çıxış edən natiqlər seçiciləri aprelin 11-də fəal olmağa və uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv