YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunun Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində seçicilərlə görüş keçirildi

Yeni Azərbaycan Partiytası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Ağstafa rayon şöbəsi Ağstafa rayonunun Muğanlı, Sadıqlı, Böyük Kəsik və Ağgöl kəndlərində seçicilərlə görüş keçirildi.   

Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan danışdı. Ramiz Tatarov Ağstafa seçicilərini ulu öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahı Ağstafa rayon şöbəsinin üzvlərindən Firdovsi Heydərli, Fəxrəddin Səfiyev və Feruz Həsənov  Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin rayonda görülən quruculuq-abadlıq işlərindən danışdılar. Natiqlər seçiciləri uğurlu gələcək naminə İlham Əliyevə səs verməyə çağırdılar.

Seçicilərdən Tanrıverdi Bağırov, Eldar Allahverdiyev, Qoca Kərimov, Fərhad Hacıyev, Səlimxan Gülalıyev, Ülviyyə Cəlilova və Lətifə Quliyeva çıxış edərək bildiriblər ki, bu gün bizə yaradılan şəraitə və həyat səsəviyyəmizin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə cənab Prezidentimizə minnətdarıq. 11 aprel tarixində bizim seçicimiz Cənab İlham Əliyevdir.           

 

DİGƏR Xəbərlər Arxiv