YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlılar «İlhamla irəli» deyir

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin Ağdaş rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir.

Kampaniya çərçivəsində Ağdaş rayonda növbəti görüş keçirilib.

GörüşdəYAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov son illər ərzində ölkənin təhsil sistemində aparılan köklü islahatlardan və qazanılan müsbət nəticələrdən danışıb. Cavid Osmanov qarşıdan gələn prezident seçkilərində seçiciləri uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov da ölkə başçısının təhsilə olan diqqət və qayğısı haqqında danışıb və son illərdə bu sahədə yüksək nəticələrin olduğunu diqqətə çatdırıb. Əmin olduğunu bildirib ki, Ağdaşlı seçicilər növbəti dəfə cənab İlham Əliyevə səs verəcəklər.

Daha sonra çıxış edən Anar İbrahimov, Dursun Əliyeva, Aqşin Kərimli, Elşən Vaqifzadə, Bilqeyis Muxtarova 11 aprel tarixində yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

 

DİGƏR Xəbərlər Arxiv