YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabran rayonunda seçicilərlə növbəti görüş keçirilib

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. YAP Mərkəzi Seçki Qərargahının Şabran rayon şöbəsinin təbliğat qrupunun üzvləri gənclər və ilk dəfə səs verəcək seçicilərlə görüş keçiriblər.

Görüşdə Milli Məclisin deputatı Tahir Süleymanov və YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov prezident seçkilərinin Azərbaycan dövlətinin qarşıdakı illərdə inkişafı baxımından əhəmiyyəti, həmçinin cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə ətraflı məlumat veriblər. Natiqlər rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər 11 aprel tarixində seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.