YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda seçicilərlə görüşlər yüksək əhval-ruhiyyədə keçirilir

11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Sumqayıt şəhər təşkilatı kampaniya çərçivəsində seçicilərlə növbəti görüş keçirib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, cənab İlham Əliyev ölkəmizin alternativsiz lideridir. Natiq qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Bu uğurun davamı üçün vətəndaşlarımız 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməlidirlər.

Çıxış edən Milli Məclisin deputatlarından Tahir Mirkişili, Mirzəcan Xəlilov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev vurğulayıblar ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində istənilən sahədə, iqtisadi və sosial məsələlərin həllində gözəl nailiyyətlərimiz var. Qeyd olunub ki, keçirilən görüşlərdəki yüksək əhval-ruhiyyə onu göstərir ki, ictimai-siyasi proseslərdə daim fəallıq göstərən vətəndaşlarımız bu seçkilərdə də yaxından iştirak edəcək, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv