YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Moskvada keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.