YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı prezident seçkilərinin təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov respublikamızda uğurlu gənclər siyasətinin həyata keçirildiyini, gənclərlə iş sahəsinə xüsusi diqqət göstərildiyini bildirib, Astara  rayonunda da gənclərin hərtərəfli inkişafı, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait yaradıldığını qeyd edib.

YAP Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Eyvazov  aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib, prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayan natiq onları həmin gün hamılıqla seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.

Tədbirdə ilk dəfə səs verəcək  gəclər çıxış edərək gənclərin yaxın dostu, Azərbaycanın gələcək uğurlarının təminatçısı cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.