YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələ rayonunda təbliğat kampaniyası uğurla davam etdirilir

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qəbələ rayonunda uğurla davam etdirilir. Növbəti görüş rayonun Mıxlıqovaq kəndində keçirilib.Tədbirdə Kötüklü və Solquca kəndlərinin seçiciləri də fəal iştirak ediblər.

Tədbirdə YAP Qəbələ rayon təşkilatının sədr müavini, YAP Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Elçin Tağıyev çıxış edərək ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və qazanılan uğurlardan danışıb. Bu uğurlardan Qəbələyə də  pay düşdüyünü deyən natiq seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə digər çıxış edənlər vurğulayıblar ki, məhz Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Ona görə də 11 aprel 2018-ci il prezident seçkilərində xalqın yalnız bir seçimi olacaq - cənab İlham Əliyev.