YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlax rayonunun Aran qəsəbəsində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yevlax rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti belə görüşlər rayonun Aran qəsəbəsində keçirilib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov öncə qarşıdan gələn prezident seçkiləri haqqında məlumat verib.

Sonra çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib ki, 2003-2018-ci illər Azərbaycanın ən yeni tarixinə sabitlik, təhlükəsizlik, hərtərəfli inkişaf dövrü kimi daxil olub, ölkəmiz bütün dünyada sabitlik adası kimi tanınıb: “Mən inanıram ki, hər bir yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcək”.

YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova vurğulayıb ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində hər bir azərbaycanlı kimi yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcək.

Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev və başqaları bildiriblər ki, bu gün Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə inkişaf edir. Bütün bunların davamlılığı üçün 11 apreldə seçkilərə gələrək hər bir yevlaxlı cənab İlham Əliyevə səs verəcək.