YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının qərarğahında qadın seçiçilərlə görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatının qərarğahında qadın seçiçilərlə görüş keçirilmişdir.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir ki, insanlar İlham Əliyevə səs verməklə Azərbaycanın  inkişafının davamlı olmasını, Ulu öndər Heydər Əliyev yolunun davam etdiriləcəyinə səs vermiş olacaqlar.

YAP Qadınlar Şurasının sədri, Slavyan Unversitetinin rektoru Nurlana Əliyeva öz çıxışında, dünyada lider böhranın müşahidə edildiyi müasir dövrdə cənab İlham Əliyevin əsl liderlik xüsusiyyətlərini öz şəxsində qoruyan, bu xüsusiyyətləri xalqımıza xas yüksək mənəvi-əxlaqi normalarla uzlaşdıran və bütün dünyada nümunə yaradan, çox az sayda tanınan parlaq siyasət adamlarından olduğunu,öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaratdığını vurğulamış,yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdığını qeyd etmişdir. Nurlana Əliyeva seçiçiləri  2018-ci ilin aprelin 11-də keçiriləcək prezident seçkilərində hər zaman inanıb güvəndiyi Liderinə - cənab İlham Əliyevə səs verməyə səslədi.

Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın hər bir sahədə böyük uğurlar qazandığını, ötən 15 il ərzində  istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazandığını, aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasında yer aldığını vurğulamışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəldiyini, qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.

YAP  Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bu gün Azərbaycan qadınının İlham Əliyevin həyata keçirdiyi siyasətdə övladlarının parlaq gələcəyini, özünün, doğmalarının stabil bir cəmiyyətdə güvənli, təhlükəsiz yaşam tərzini görüdüyünü vurğulamış, hər kəsi 11 aprel tarixində ən layiqli namizədə səs verməyə çağırmışdır. Çıxış edənlər  seçiçilər;  Sevda Hacıyeva , Milli qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, Arzu Cəfərzadə, Sevinc İsmayılova, Almaz Əhmədova hər kəsi  yeni qələbələr və güclü Azərbaycan naminə cənab İlham Əliyevə səs verməyə çağırdılar.