YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy rayonunun Dəliməmmədli şəhər, Boluslu və Balakürd kəndlərinin seçiciləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini keçirmişdir.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Ağalar Vəliyev ulu öndərimiz Heydər Əliyevin sosial-iqtisadi inkişaf startegiyasının müasir qlobal çağırışlar fonunda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sahəsində Azərbaycanın son 15 il ərzində əldə etdiyi yüksək naliyyətlərdən bəhs etmiş,  seçiciləri aprelin 11-də keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə çağırmışdır.

Tədbirdə çıxış edən qərargah üzvü Şahin Allahverdiyev, Ülkər Hünbətova , seçicilərdən Bəxtiyar Məmmədov, Ruhiyyə Həmidova, Zirəddin Məmmədov, Nəsimi Süleymanov  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs edərək 11 aprel 2018-ci il tarixdə Prezident cənab İlham Əliyevin qələbə qazanacağına inandıqlarını bildirdilər.

 

DİGƏR Xəbərlər Arxiv