YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvar rayonunun İsmətli, Çaylı və Əliabad kəndlərinin seçiciləri ilə görüş keçirilib

Biləsuvarda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində  növbəti görüş rayonun İsmətli, Çaylı və Əliabad  kəndlərinin  seçiciləri  ilə  keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası seçki qərargahının  Biləsuvar rayon şöbəsinin təbliğat-təşviqar qrupunun üzvlərindən Əjdər Niftiyev, Akif Kazımov, Rüstəm Əliyev əmin olduqlarını bildiriblər ki, biləsuvarlılar yekdilliklə Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə seçicilərdən Fəday Əliyev, Rəşad Əliyev, Allahşükür Abdullayev və başqaları çıxış edərək 11 aprel tarixində keçiriləcək seçkilərdə hamılıqla İlham Əliyevə səs verəcəklərini bildirdilər.

 

 

DİGƏR Xəbərlər Arxiv