YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası: Azərbaycanda önəmli dəyişikliklər və islahatlar bilavasitə İlham Əliyev tərəfindən həyata keçiriləcək

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı müraciət yayıb. Müraciətdə qeyd edilir ki seçkilərə qatılmaq, seçmək və seçilmək demokratik hüquq, eyni zamanda, demokratik yarışdır: “Hər ölkədə olduğu kimi, Azərbaycanda da bu demokratik mərasimi yaxındən izləyirik”.

“Dünyanın bir çox ölkələrinin cümhuriyyətdən xəbəri olmadığı zamanlarda Azərbaycan 1918-ci ildə Cümhuriyyət qurmuş nadir ölkələrdən biridir. Sovetlər Birliyinin dağılmasından sonra müstəqillik əldə etdikdən sonra yenə cümhuriyyət qurmuşdur”,-deyə müraciətdə vurğulanıb.

Qeyd edilib ki, bu gün cənab Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan davamlı inkişafa malikdir. Cənab  İlham Əliyevin 11 aprel seçkilərində böyük səs çoxluğu ilə yenidən Prezident seçiləcəyinə əminliyin ifadə olunduğu müraciətdə vurğulanıb: “Cənab İlham Əliyev Azərbaycanın inkişafı üçün çalışan dəyərli dövlət başçısıdır. Türkiyədə də hər kəs tərəfindən sevilən cənab Prezident ilə qürur duyuruq”.

“Bu seçkilərdən sonra Azərbaycanda yeni müsbət dəyişikliklərin olacağına inanırıq. Bu önəmli dəyişikliklər və islahatlar bilavasitə cənab İlham Əliyev tərəfindən həyata keçiriləcək. Qardaş Azərbaycanın işğal edilən torpaqlarının və Qarabağın azad ediləcəyini gözləyirik. Seçkilərin Azərbaycanda sülh, birlik və demokratiyaya xidmət etməsini diləyirik” ,-deyə müraciətdə vurğulanıb.  

DİGƏR Xəbərlər Arxiv