YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi prezident seçkilərində cənab İlham Əliyevin dəstəklənməsi ilə bağlı bəyanat yayıb

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edib. Bəyatanda deyilir ki, Ukraynada  yaşayan Azərbaycan icmasını azərbaycançılıq ideologiyası, ana dilimizə, mədəniyyətimizə, dinimizə, adət-ənənlərimizə, milli-mənəvi dəyərlərimizə məhəbbət birləşdirir. Güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısına qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəldiyinin bildirildiyi bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Vurğulanır ki, Azərbaycanın qazandığı bu əzəmətli nailiyyətlər isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin parlaq nəticələridir. "Biz 11 aprel tarixində Azərbaycan xalqının müqəddaratının həll ediləcəyi gündə onları yenidən yanılmadan doğru seçim etməyə çağırır, bizi hər zaman diqqət və qayğı ilə əhatə edən Prezident İlham Əliyevin yanında olduğumuzu bilirmək istəyirik", - deyə bəyanatda qeyd olunur.

DİGƏR Xəbərlər Arxiv