YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Xalqımızın dövlət başçısına inamı cənab İlham Əliyevin bu seçkilərdə parlaq qələbə qazanacağını deməyə tam əsas verir

«Apelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin favoriti cənab İlham Əliyevdir. Ölkə vətəndaşlarının yüksək seçki əhval-ruhiyyəsi, xalqımızın dövlət başçısına inamı cənab İlham Əliyevin bu seçkilərdə parlaq qələbə qazanacağını deməyə tam əsas verir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.  

M.Abbaszadə bildirib ki, 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Onun sözlərinə görə, ötən 15 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır: «Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, təhsil, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son illər dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir. Ötən 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə artırır».

Millət vəkili qeyd edib ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə “Eurovision”, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.

M.Abbaszadənin sözlərinə görə, son 15 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Millət vəkili deyib ki, qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. «Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində təmsil etdiyim laçınlı seçicilərlə görüşlərdə iştirak edirəm. Bu görüşlərdə laçınlılar yalnız və yalnız Prezident İlham Əliyevə inandıqlarını və 11 aprel seçkilərində məhz Ona səs verəcəklərini bəyan edirlər. Laçın ictimaiyyəti əmindir ki, məhz cənab İlham Əliyevinq qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və onlar da doğma torpaqlarına qayıdacaqlar»-deyə, M.Abbaszadə vurğulayıb.
 

DİGƏR Xəbərlər Arxiv