YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevir şəhərində “İlhamla irəli” şüarı ilə möhtəşəm Zirvə görüşü keçirilib

YAP Mərkəzi Seçki Qərargahı Mingəçevir şəhər şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “İlhamla irəli” şüarı ilə möhtəşəm  Zirvə görüşü keçirilib.

Tədbirdə YAP Mingəçevir təşkilatının sədri Cavanşir Yusubov  çıxış edərək bildirdi ki,  cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraq  daim ölkəmizin inkişafi və xalqımızın rifahı üçün çalışır.Onun həyata keçirdiyi  iqtisadi və siyasi islahatlar dövlətimizin inkişafına və qüdrətlənməsinə xidmət edir. Məhz bu inkişafın davamlı olması üçün Azərbaycan xalqı cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

 

Zirvə görüşündə Milli Məclisin deputatlarından Əli Hüseynli, Səttar Mehbalıyev,  YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova  çıxış edərək bildirdilər ki, cənab İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirilmişdir.Keçirilən görüşlər bir daha əminlik yaradır ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi  birmənalı olaraq xalqın namizədidir.Çünki partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, xalqın rifahı naminə yorulmaq bilmədən çalışır.Ölkə Prezidentinin hakimiyyəti illərində Azərbaycanın  regionları yüksək sürətlə inkişaf etmişdir. Əminliklə demək olar ki, Mingəçevirli seçicilər  11 apreldə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Zirvə görüşündə çıxış edən mingəçevirlilər cənab İlham Əliyevi qətiyyətli dövlət başçısı, müdrik lider kimi  dəyərləndirərək 11 apreldə məhz ona səs verəcəklərini bildirdilər.

 

DİGƏR Xəbərlər Arxiv