YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanlılar Ulu Öndərin layiqli davamçısına səs verəcəklər

Aprelin 5-də Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Salyan rayon şöbəsinin üzvləri pariyanın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində  Salyan şəhərində qadınlarla və Yeni Uluxanlı kəndinin  sakinləri ilə görüş keçiriblər.

YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov görüşlərdə çıxış edrək bildirib ki, Salyanlı qadınlar 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan xanımı inkişaf edən, qüdrətlənən ölkəsi ilə qürur duyur. Məhz Azərbaycanımızın belə yüksək səviyyədə inkişafına nail olan Prezident İlham Əliyevə qadınlarımız həmişə ümid yeri kimi baxıb, onun humanist siyasətinə, milli mənafelərimizin qorunması siyasətinə güvəniblər . Təbii ki, biz qadınlar bundan sonra da ölkəmizin daha da güclənməsini istəyiriksə 11 aprel prezident seçkilərində yenidən cənab İlham Əliyevə etimad göstərməliyik. Mən bunu bizim dövlətimizə ən böyük dəstəyimiz hesab edirəm. 

Görüşlərdə çıxış edənlərdən Milli Məclisin deputatı Fəzail Ağamalı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov bildiriblər ki, Prezident İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın namizədidir. Çünki cənab İlham Əliyev Azərbaycan xalqının alternativsiz lideridir və cəmiyyət yekdilliklə onun siyasətini dəstəkləyir. İctimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Görüşlərdə çıxış edənYAP Salyan rayon təşkilatı Qadınlar Şurasının sədri Fatma Səmədzadə bildirib ki, salyanlı qadınların seçimi birmənalı olaraq cənab İlham Əliyevdir. Biz keçirilən bütün görüşlərdə Prezident İlham Əliyevə olan hörmət və rəğbəti həmişə hiss etmişik. 

 

DİGƏR Xəbərlər Arxiv