YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının Seçki Qərargahı rayonun Müşfiqabad qəsəbəsində seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında növbəti görüşü rayonun Müşfiqabad qəsəbəsinin seçiciləri ilə keçirib.

 Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 15 il ərzində ölkəmizin qazandığı misilsiz nailiyyətlər haqqında geniş məlumat verərək deyib ki, bu 15 il Azərbaycan dövlətçilik tarixinə sürətli inkişaf və sabitlik dövrü kimi parlaq hərflərlə yazılıb. O, qarşıda yeni hədəflərin dayandığını vurğulayaraq Azərbaycanın daha böyük zirvələr fəth etməsi, vətəndaşlarımızın daha yüksək həyat standartlarının təmin olunması, Azərbaycanın dünya birliyində mövqelərinin daha da möhkəmləndirilməsi naminə bütün seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilərlə görüşdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, İrəli İctimai Birliyin sədri Mirhəsən Seyidov 2003-cü ildən bəri keçilən böyük inkişaf yolunun əsas parametrləri haqqında fikirlərini bölüşüb, Azərbaycanın təhsil sahəsində qazandığı nailiyyətləri diqqətə çatdırıblar. Qeyd olunub ki, möhtərəm Prezidentimiz İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq edib.  İslahatların ardıcıllığını, uğurların davamlılığını təmin etmək üçün hamılıqla 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməliyik.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının seçki qərargahının üzvləri Xaliq Məmmədov  və Nazim Hüseynov, qəsəbə sakinləri Fikrət Nəsibov, İrşad Süleymanov, Ələsgər Pirverdiyev və digərləri ölkəmizin son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazandığı uğurlar barədə geniş məlumat verərək Müsfiqabad qəsəbə seçicilərini aprelin 11-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməyə çağırıblar.

 

 

DİGƏR Xəbərlər Arxiv