YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Laçınlılar İlham Əliyevə səs verəcəklər

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Laçın rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində Ağcabədi rayon Taxta-körpü qəsəbəsində laçınlı seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov qüdrətlənən Azərbaycanın daha bir əhəmiyyətli hadisə ərəfəsində olduğunu bildirib. İlqar İlyasov bir neçə gündən sonra xalqımızın növbəti dəfə prezident seçkilərində iştirak edəcəyini bildirərək, ölkədə mövcud olan xalq və iqtidar birliyinin hökm sürdüyünü diqqətə çatdırıb: "Məhz bu sarsılmaz birliyin nəticəsidir ki, ölkəmiz son 15 ildə sürətlə inkişaf etmiş, xalqımızın sosial-rifah halı daha da yaxşılaşdırılmışdır.Son 15 ildə Azərbaycan daha möhtəşəm uğurlara imza atmışdır. "İlhamla irəli" şuarını seçməkdə məqsəd mövcud siyasətin davamı ilə daha möhtəşəm qələbələri hədəf kimi göstərməkdir. Azərbaycan vətəndaşları bu inkişafı gündəlik həyatlarında hiss edirlər. Mütəmadi olaraq bölgələrə səfər edən dövlətimizin başçısı İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşündə onları maraqlandıran məsələlərlə yaxından tanış olur, həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlarını verir. Cənab İlham Əliyev hər kəsin Prezidenti olduğunu uğurlu addımları ilə təsdiqləyir. Azərbaycan vətəndaşları irəli sürülən bütün təsəbbüsləri dəstəkləyir, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə həyata keçirilən siyasətə inam və etimadlarını nümayiş etdirirlər. Bu gün ölkəmizdə mövcud olan sabitlik, güclü iqtisadiyyat gələcək inkişafın əsasını təşkil edir". İ.İlyasov bu uğurların davamlı olması üçün laçnlı seçiciləri partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən MM-in deputatlarından Tahir Rzayev, Mahir Abbaszadə  11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətinə diqqət yönəldiblər. Qeyd olunub ki, cənab İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının yox, bütövlükdə xalqın namizədidir.

Görüşdə çıxış edən rayon ziyalıları və ağsaqqalları  Murad Hüseynov, Tahir Bayramov, Abuzər Abuzərov, Vüsal Həsənov, Solmaz Məhərrəmova, Osman Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılmış böyük uğurlardan, həyata keçirilən sosial layihələrdən, respublikamızda və rayonda görülən abadlıq işlərindən danışaraq, 11 apreldə keçiriləcək seçkilərdə bütün laçınlıları hamılıqla YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar. Seçicilər çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizə böyük uğurlar və nailiyyətlər gətirdiyinə görə, xalq tərəfindən, birmənalı şəkildə dəstəkləndiyini bildirərək, bu siyasətin növbəti 7 ildə də davam etməsi üçün cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv