YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncəlilər daha güclü və qüdrətli Azərbaycan naminə “İlhamla irəli” deyir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Gəncə şəhər şöbəsinin namizədliyi YAP tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi növbəti görüşü təbliğat qrupunun üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov açaraq, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu gün Azərbaycanın dünyanın ən sabit, inkişaf etmiş və insanların təhlükəsiz şəraitdə yaşadığı ölkələrindən birinə çevrildiyindən danışıb, seçiciləri 11 apreldə hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verməyə səsləyib.

Seçicilərdən Samirə Qasımova, Elgün Aslanov, Siyasət Məmmədov, Şəfa Musayeva, Valeh Əsədov, Aişə Novruzova çıxış edərək, bildiriblər ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində xalqımız növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini bayram edəcək, çünki cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir.

“Daha güclü və qüdrətli Azərbaycan naminə bütün Gəncə seçiciləri “İlhamla irəli” söyləyir, 11 aprel Prezident seçkilərində YAP namizədi cənab İlham Əliyevin namizədliyini dəstəkləyirlər”- bunu böyük izdihamla keçən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev söyləyib.

 

DİGƏR Xəbərlər Arxiv