YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Cəlilabadda böyük vüsətlə davam etdirilir

Prezidentliyə  namizəd  İlham Əliyevin  seçki  kampaniyası   Cəlilabad  rayonunda  davam  etməkdədir. 

Prezidentliyə  namizəd cənab  İlham  Əliyevin  seçki  təbliğatı  kampaniyası  çərçivəsidə rayonun  Alar və Günəşli  kəndlərində  seçicilərlə görüşlər  keçirilmişdir.  Tədbirlərdə  Milli  Məclisin  deputatları   Mirkazım  Kazımov  və  Malik  Həsənov   iştirak  etmişlər. 

Yüzlərlə  seçicinin qatıldığı görüşlərdə YAP  Cəlilabad  rayon  təşkilatının  sədri, YAP-ın  seçki qərargahı  Cəlilabad şöbəsinin  rəhbəri  Mirsüleyman  Mirxaslı  ulu öndər  Heydər  Əliyevin  milli  dircəliş  yolunun  mahiyyətindən, ölkəmizdə  sabitlik  və  firavanlığın  yaradılmasından,  ölkənin  əldə  etdiyi   böyük  nailiyyətlərdən,  milli  dövlətçilik  konsepsiyalarından  bəhs  etmiş,  həmin  illərdə  müstəqil  dövlətimizin  formalaşdırılmasından,  dövlətçiliyimizin  möhkəmləndirilməsindən   və  dövlət  müstəqilliyimizin  dönməzliyinin  təmin  olunmasından  danışmışdır.    

Prezidentliyə  namizəd cənab  İlham  Əliyevin  təbliğatı  çərçivəsində   Milli  Məclisin  deputatıları  Mirkazım  Kazımov və  Malik  Həsənov Azərbaycan  iqtisadiyyatının  inkişafından,  Prezident  İlham  Əliyevin  apardığı  iqtisadi  islahatlardan,  enerji  potensialının  möhkəmləndirilməsindən  və bütün  bunların xalqın  rifahının  yaxşılaşmasına  yönəldilməsindən, ölkəmiz  üçün müdafiə  və  təhlükəsizlik  sahəsində  görülən  işlərdən,   ölkəmizdə  aparılan   sosial  siyasətin  nailiyyətlərindən, xüsusilə  elm  və  mədəniyyətin  tərəqqisindən  bəhs  etmiş,  ulu  öndər  Heydər  Əliyevlə  bağlı   xatirələrini  söyləmişlər,  respublikamızda  gedən  möhtəşəm  inkişaf  və  modernləşmə  prosesini  konkret  faktlar  əsasında    yerli  şəraitlə  əlaqələndirərək seçicilərə geniş  şərh  etmişlər.

Alar kəndində keçirilən görüşdə seçicilərdən Əfrahim Hüseynov, Ağsaqqal Həsənağa Əliyev, Təranə Mustafayeva, Saməddin Kərimov, İlham Mirzəyev, Ərəstun Hüseynov, Günəş Bayramova, Şəhid Atası Salaməddin Bağışov, Ədalət Məmmədov, Günəşli kəndində keçirilən görüşdə Ağsaqqal İxtiyar Bayramov, Hacıağa Hüseynov və Cavanşir Bağırov, Təqüdçülər Əbülfət Nəsirov, Zülfü Cəfərov, Aydın Səfərov, Məmməd Məmmədov, Kəramət Məmmədov, Rəfiqə Əliyeva, Nizami İsmayılov  və  başqaları  çıxış  edərək  ulu  öndər  Heydər  Əliyevin  böyük  milli  dirçəliş  yoluna  sədaqətləri,  Prezident  İlham  Əliyevin  siyasi  kursuna  bu  gün  daha  sıx bağlı  olduqları  barədə  ürək  sözlərini  söyləmiş,  11  apreldə  ümumxalq  partiyası  olan   YAP-ın    namizədi cənab İlham  Əliyevə  yekdilliklə  səs  verəcəklərini  bəyan etmişlər.