YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunun mədəniyyət və incəsənət xadimləri YAP-ın namizədinə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirib. Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycanda mövcud olan inkişaf və tərəqqi, əldə olunan möhtəşəm nailiyyətlərin əsasında əbədiyaşar Heydər Əliyev ideyaları və cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Bu gün ən böyük dəyərimiz olan ictimai-siyasi sabitliyimiz, milli təhlükəsizliyimiz, ölkəmizdə formalaşmış multikultural-tolerant mühit heç də asan başa gəlməmişdir. Bütün bu misilsiz uğurlarımız, xüsusilə dünyada müşahidə olunan neqatif proseslər fonunda ölkəmizdəki siyasi, iqtisadi, sosial sabitliyimiz məhz düşünülmüş İlham Əliyev siyasətinin nəticəsidir.

Görüşdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, xalq artistləri Hacı İsmayılov, Arif Quliyev və başqaları çıxış edərək, Azərbaycanda olan yüksək inkişafdan, mədəniyyət sahəsinə göstərilən qayğı və diqqətdən danışıblar. Qeyd olunub ki, belə bir mühitdə yaşayan seçicilərin partiyanın namizədi Cənab İlham Əliyevdən başqa heç bir seçimi yoxdur. Cənab İlham Əliyev ötən illər ərizində Ona bəslənən ümidləri doğruldub və Özünü qətiyyətli, praqmatik siyasətçi kimi təsdiqləyib. Çıxış edənlər Səbail seçicilərini uğurlu gələcəyimizin qarantı - İlham Əliyevə səs verməyə səsləyiblər.