YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilərin seçimi Azərbaycanın uğurlu gələcəyinin təminatçısı İlham Əliyevdir

Daşkəsəndə prezident seçikilərində Yeni Azərbaycan Partiyası namizəd cənab İlham Əliyevin təbliğat təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının rayon şöbəsi möhtəşəm mitinq-görüş təşkil edib.

Görüşdən əvvəl yüzlərlə gənc rayondakı Heydər Əliyev Mərkəzinin qarşısından müxtəlif seçki şüarları ilə mitinq-görüş təşkil olunmuş meydana qədər yürüş ediblər.

Görüşü YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev açaraq seçkilərə rayonda görülən hazırlıq işlərindən danışıb. O, daha sonra Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin ötən 15 ildə Azərbaycanda apardığı çox uğurlu daxili və xarici siyasətdən danışıb, cənab İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ölkəmzin uğurla reallaşdırdığı nəhəng layihələr barədə məlumat verib. O, daşkəsənlilərin prezident seçkilərində cənab İlham Əliyevi dəstəklədiyini vurğulayaraq təbliğat – təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə iştirak edən minlərlə seçici öz fəallıqları ilə istək və arzularını bildirərək İlham Əliyevə səs verəcəklərini dönə-dönə ifadə ediblər.

Sonra Sevil Ələsgərova, Aygün Bağırova, Səyyarə Rəsulova  və digər çıxış edənlər də ölkəmizdə aparılan çox uğurlu daxili və xarici siyasətdən, dinamik inkişafdan və böyük islahatlardan danışıblar. Çıxışçılar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə “Hə” deyəcəklərini söyləyiblər.